Hansı halda 2 otaqlı mənzil almaq əlverişlidir
Hansı halda 2 otaqlı mənzil almaq əlverişlidir
Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və bir-iki uşaqdan ibarət ailə üçün 2 otaqlı yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.
2 otaqlı mənzil alarkən aşağıda sadalayacağımız məqamlara diqqət yetirmək lazımdır.
1. Eyvan sahəsinə və sayına fikir vermək
1 və ya 2 otaqlı mənzildə eyvan sayına və sahəsinə fikir vermək lazımdır. Yuyulan paltarların qurudulması üçün kiçik bir eyvanın olması kifayətdir. 2 otaqlı mənzilin 2 eyvanının olması itkidir. Bəzi layihələrə nəzər saldıqda məlum olur ki, bu eyvanların cəmi sahəsi 4-6 kvadrat metrədək çıxa bilir. Onsuz da sahəsi az olan mənzilin xeyli hissəsinin istifadəsiz olması yolverilməzdir.
Buna görə, 1 və ya 2 otaqlı mənzildə sahəsi 3 kvadratmetrədək 1 eyvanın olması kifayətdir. Almaq istədiyiniz mənzildə 1 eyvan olsa belə, onun böyüklüyünə baxın.
2. Dəhlizin sahəsinə də diqqət yetirin
Alacağınız mənzilin dəhlizinin sahəsinə də diqqət yetirin. Effektiv mənzil planlaması olan layihələrdə, 6-7 kv. metr dəhliz orta ölçülü 2 otaqlı mənzil üçün kifayət edir. Effektiv mənzil planlanması olmayan əksər tikinti şirkətləri 2 otaqlı 71 kv. metrlik mənzilin dəhliz sahəsini 15 kv. metrdən daha artıq edir ki, bu da öz növbəsində mənzil sahibinə mənzilin 1 kv metrinin təxminən 200 manatadək baha gəlməsi deməkdir. İkiotaqlı mənzil alarkən elə layihələrdən mənzil almaq lazımdır ki, salon, yataq otağı və mətbəx normal sahələrdə olsun, ümumi sahə dəhliz və balkona görə böyük olmasın.
3. Kiçik mənzildə böyük dəhliz daha böyük itkidir
Dəhliz (hol) mənzilin giriş hissəsidir, insan gününü bu hissədə keçirmir. Ümumi sahəsi az olan mənzillərdə (44-64 kv.m civarında) dəhlizin böyük olması salon və mətbəxin daralacağı deməkdir. Sahəsi az olan mənzil alan zaman dəhlizin kiçik olmasına və ya kiçildilməsi imkanının olub-olmadığına baxın.
Əksər tikinti şirkətləri alıcılara mənzilin daxilində dəyişikliklər etmək imkanı yaradırlar. Bu imkanı yaradan şirkətlərdən mənzil almağı tövsiyə edirik. Eyni zamanda, mənzilin layihəsi dəyişikliklər aparmağa da imkan verməlidir. Elə layihələr var ki, nə qədər etsəniz effektiv mənzil planlaşdıra bilməyəcəksiniz.
Əgər almaq istədiyiniz mənzil yuxarıda sadalananlara uyğundur, sizə kifayət edirsə, 2 otaqlı mənzil almaq sizin üçün əlverişli olacaqdır.
Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və bir-iki uşaqdan ibarət ailə üçün 2 otaqlı yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.