
Bakının 14 kilometrliyindəki böyük təpənin yamacında bir kənd yerləşir. Bura Xırdalan kəndidir. Kəndin ətrafında artıq böyük bir şəhər ucalıb. Bu isə Xırdalan şəhəridir. Beləcə, qədim tarixdən bu günə - kənddən şəhərə maraqlı keçid alınır.
Xırdalan — rahat yaşamaq üçün lazım ola biləcək hər şeyi ehtiva edən bir yerdir. Xırdalan şəhərində yeni binalar və həyət evlərinin sayı olduqca çoxdur.
Paytaxtın müasir tərzini və qonşu Sumqayıtın qabaqcıl texnologiyasını özündə birləşdirir. Xırdalan, Bakı ilə Sumqayıt arasında yerləşir, və bu da hər növ mənzilə yüksək tələbat yaradır. Burada həm böyük yaşayış kompleksləri, həm də kiçik fərdi evlər tapa bilərsiniz.
Günümüzdə insanların əksəriyyəti də bu kimi bir neçə səbəbə görə buradan ev almaq istəyirlər.
Bu səbəblərdən yeddisini sizlər üçün sıraladıq.
1. Münasib qiymət
Qiymətlər münasib olduğu üçün ev almaq istəyən şəxslər buradakı evlərə maraq göstərirlər. Bir neçə ildən sonra bunun daha da artacağına təəccüblənməməlisiniz, çünki Xırdalan çox perspektivli bir şəhərdir.
2. Şəhərə yaxın məsafə
Həm Bakı, həm də Sumqayıt şəhərlərinə yaxın olması yaşayış üçün Xırdalanı daha əlverişli edir. Şəhərin mərkəzi və ətraf ərazilərə böyük tələbat olduğundan qiymət uyğun gəlir.
3. Müasir təhsil və əyləncə mərkəzləri
Müasir məktəb və bağçalar olması görə övladlarınızın sağlam və uğurlu gələcəyinə, əyləncə mərkəzlərinin olması isə birlikdə daha əyləncəli vaxt keçirməyinizə şərait yaradacaqdır.
4. Əlverişli zona
Ekoloji cəhətdən əlverişli zonada olması, həm şəhər, həm də kənd abu-havasını hiss etdirir. Şəhər daxilində və ya şəhərin kənarında çox münasib qiymətə mənzil tapa bilərsiniz. Xüsusilə səs-küylü mərkəzdən uzaq bir səssiz ailə həyatı qurmaq niyyətindəsinizsə.
5. Rahat satınalma
Xırdalanda daşınmaz əmlakı birdəfəlik ödəmə ilə və ya kredit yolu ilə ala bilərsiniz. İpoteka evləri həm gənclər, həm də respublikanın daha yetkin sakinləri arasında çox populyar bir həlldir.
6. İnfrastruktur
Xırdalan daim irəliləyən bir şəhərdir. Digər mühüm uğur amili isə şəhərin inkişaf etmiş infrastrukturudur: rabitə, nəqliyyat və mənzil şəraiti yüksək səviyyədədir. Yüksək səviyyədə rabitə və nəqliyyat mövcuddur (sürücülər, əlillər və digər sakinlər üçün bütün şərait mövcuddur).
7. Ağıllı investisiya
Daşınmaz əmlaka investisiya qoymaq barədə düşünürsünüzsə, Xırdalanda ev almaq bu işdə sizə kömək edə bilər! Ağıllı şəkildə yeni tikili investisiya qoymağa yanaşsanız, möhkəm bir mənfəət gətirə bilər.